Sizin Reklam Burada

Oğuzda bələdiyyə sədri qəzaya düşdü

Oğuzda bələdiyyə sədri qəzaya düşdüOğuzda baş verən yol qəzasında biri bələdiyyə sədri olmaqla dörd nəfər xəsarət alıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə Yaqublu-Çaldaş avtomobil yolunun rayonun Böyük Söyüdlü kəndi ərazisindən keçən hissəsində baş verib.

Kəlbəcər rayon sakini Saməddin Yusif oğlu Hüseynovun idarə etdiyi “KİA Sorento” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb.

Qəza zamanı sürücü S. Hüseynov və avtomobildə olan sərnişinlər - Bərdə rayon sakini Elvin İsrafil oğlu Quliyev, Şəki rayonu Qaratorpaq kənd sakinləri Mehman Elməddin oğlu Rəcəbov və Mehmanın qardaşı oğlu Ruzi Əvəz oğlu Rəcəbli aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Yaralılardan S. Hüseynov və M. Rəcəbovun xəsarətləri yüngül olduğundan onlara lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

E. Quliyev və R. Rəcəblinin müalicəsi Şəki RMX-da davam etdirilir.

Qeyd edək ki, qəza zamanı xəsarət alan M. Rəcəbov Şəki rayonunun Bolludərə bələdiyyəsinin sədridi.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər