Goranboyda 25 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb
Dərc olunub:
27-07-2022, 17:03
Goranboy rayonunda 25 yaşlı gənci ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.
Belə ki, Goranboy rayon sakini, 1997-ci il təvəllüdlü S.Hüseynovu ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.