Sizin Reklam Burada

Şamaxıda 3 yeniyetmə süni göldə boğuldu

Şamaxıda 3 yeniyetmə süni göldə boğulduİyulun 20-də Şamaxı rayonu ərazisində yerləşən süni göldə üç nəfər yetkinlik yaşına çatmayan şəxsin suda boğulması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə Şamaxı Rayon Prokurorluğundan məlumat verilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, Şamaxı rayon sakinləri 2008-ci il təvəllüdlü Rəvan Mirzəyev, 2006-cı il təvəllüdlü Ağaqardaş Rəhimov və Fərid Rəcəbov rayonun Əhmədli kəndində Pirsaat çayının yatağında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Sərxan Osmanov tərəfindən aidiyyəti dövlət orqanlarından rəsmi icazə alınmadan və müvafiq təhlükəsizlik tədbirlərinə əməl edilmədən ödənişli çimərlik kimi istifadəyə verilən süni yaradılmış göldə çimərkən suda boğulmuşlar, nəticədə Ağaqardaş Rəhimov və Rəvan Mirzəyevin həyatlarını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə istintaq davam edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər