Şəhidin övladı həkim səhvindən ölüb - Babası danışdı

Şəhidin övladı həkim səhvindən ölüb - Babası danışdıXəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Həmid Cəfərlinin övladı faciəvi şəkildə vəfat edib.

2017-ci il təvəllüdlü Hüseyn Cəfərli şokolad kağızının qida borusunda qalması şübhəsi ilə axşam saatlarında xəstəxanaya gətirilib. Müayinə zamanı azyaşlının nəfəs borusunu yad cismin deşməsi nəticəsində öldüyü müəyyən olunub.

Avrasiya.net xəbər verir ki, azyaşlının babası Etibar Cəfərli Bakupost.az-a açıqlamasında nəvəsinin həkim səhlənkarlığının qurbanı olduğunu bildirib:

"Uşağa ilkin tibbi yardım göstərilməyib. Hüseynin nəfəs borusuna şokolad kağızı yığışıb, ağlayıb. Onu anında deşməli idilər və ya təcili olaraq başqa xəstəxanaya göndərməli idilər. Uşaq Daşkəsəndən xəstəxanaya yeriyərək, gülə-gülə gedib. Vəziyyəti ağır olmayıb".

2 saylı nömrəli Birləşmiş Xəstəxanadan isə bildirilib ki, azyaşlı xəstəxanaya gec gətirilib və səhhəti ağır olub.

Məlumat üçün bildirək ki, Hüseyn Cəfərli Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin üç övladından biri idi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər