Sizin Reklam Burada

81 yaşlı ərini öldürməkdə ittiham olunan qadın danışdı - VİDEO

81 yaşlı ərini öldürməkdə ittiham olunan qadın danışdı - VİDEOBərdədə arvadı tərəfindən döyüldüyü, sonra ütü ilə yandırıldığı deyilən Hidayət Cəfərovun dünyasını dəyişməsindən sonra qarşılıqlı iddialar səngimək bilmir.

Avrasiya.net Xəzər TV-yə istinadən xəbər verir ki, 81 yaşlı kişinin birinci həyat yoldaşından olan övladları onun ikinci həyat yoldaşını, qadın da əks tərəfi Hidayət Cəfərovun ölümündə ittiham edir.

Mərhumun birinci həyat yoldaşından olan oğlanları deyirlər ki, dəfn mərasimindən sonra atalarının ölümünə səbəb olan Serbiya Cəfərovanın cəza alması üçün müvafiq orqanlara şikayət edəcəklər.

Mərhumun digər oğlu dəfələrlə atalarını qadının himayəsindən çıxarıb ona baxmaq istəsələr də, qadının buna imkan vermədiyini deyir.

Hidayət Cəfərovun ikinci həyat yoldaşı Serbiya Cəfərova səsləndirilən fikirlərin böhtan olduğunu deyir. 11 ildən çoxdur Hidayət Cəfərov ilə ailə həyatı qurduğunu bildirən 62 yaşlı qadın qarşı tərəfin bu cür danışmasına mülkün səbəb olduğunu iddia edir. Hidayət Cəfərov bir neçə il əvvəl birgə yaşadıqları evi qadının adına keçirdiyindən bu, onların xoşuna gəlməyib. Bu səbəbdən ailə arasında uzun zamandır münaqişə yaşanır.

Serbiya Cəfərova 81 yaşlı həyat yoldaşının bədəninə heç vaxt ütü basmadığını, həmin xəsarətin kişinin yıxılaraq aldığını, sinəsində olan cızıqların isə bədənini təmizləyən zaman yarandığını deyir.

Ölüm faktı ilə bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər