Sizin Reklam Burada

Bakıda arvad ərini boğaraq öldürüb

Bakıda arvad ərini boğaraq öldürübProkurorluq orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri - gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq edilərək açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunmasıdır.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 9 may 2021-ci il tarixdə saat 22 radələrində 1952-ci il təvəllüdlü Axundov Rəşid Məhərrəm oğlunun kirayədə yaşadığı Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, mənzil 54 ünvanında üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Cinayət-proseesual qanunvericiliyə əsasən planlaşdırılaraq aparılmış istintaq tədbirləri ilə Rəşid Axundovun arvadı İsmayılova İnnesa Vladimirovna tərəfindən yaşadıqları mənzildə 09 may 2021-ci il tarixdə saat 18 radələrində ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı ərini cəzalandırmaq məqsədlə əli ilə zor tətbiq edib bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməsinə, bununla kifayətlənməyərək əməlini davam etdirib Rəşid Axundovun daimi boynunda gəzdirdiyi gümüş boyunbağıdan tutub dartmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirib boğaraq mexaniki asfiksiya nəticəsində Rəşid Axundovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

10.08.2021-ci il tarixdə İnnesa İsmayılova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər