Sizin Reklam Burada

Qazimiz özünü yandırmaq istədi, araşdırma başladı

Qazimiz özünü yandırmaq istədi, araşdırma başladıBinəqədi Rayon İcra Hakimiyyəti Qarabağ qazisinin özünü yandırmağa cəhd etməsi ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib.

RİH-dən Avrasiya.net-ə verilən məlumata görə, Ağsu rayonunun Ərəbsərvan kəndində qeydiyyatda olan vətəndaş Şahid Şahzadə oğlu Şahlarzadə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı və məsul əməkdaşları tərəfindən bir neçə dəfə qəbul edilərək dinlənilib.

Qəbul zamanı vətəndaş tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı müəyyən edilib ki, Xocəsən bələdiyyəsinin 07/27 saylı, 11.05.2005-ci il tarixli Qərarına əsasən Halay Adil oğlu İsrafilova ayrılmış 600 kv.m torpaq sahəsi onun adından sənədləşmə işlərinin aparılması məqsədilə Gülbari Mirhəsən qızı Qarayevaya səlahiyyətlərini etibar edib.

G.Qarayeva isə 12 mart 2021-ci il tarixdə Halay İsrafilovun adından torpaq sahəsinin sənədləşdirilməsi işlərinin aparılması məqsədi ilə səlahiyyətlərini Şahid Şahzadə oğlu Şahlarzadəyə etibar edib.

Araşdırma nəticəsində məlum olub ki, Şahid Şahzadə oğlu Şahlarzadənin iddia etdiyi torpaq sahəsi Binəqədi rayonu, Hökməli qəsəbəsinin sakini Həsənağa adlı şəxs tərəfindən qanunsuz zəbt edilməklə tikinti işlərinin aparılmasına cəhd göstərilib və yerli səviyyədə nəzarət tədbirləri zamanı qarşısı alınıb.

Hazırda Həsənağa adlı şəxs tərəfindən torpaq sahəsinin zəbt edilməsi faktı ilə və vətəndaş Ş.Şahlarzadənin müraciəti əsasında Binəqədi Rayon Polis idarəsinin 40-cı Polis Bölməsində ilkin araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər