Sizin Reklam Burada

“Mənim övladımın qatili İlkin Süleymanovdur” - Nərminin atası

“Mənim övladımın qatili İlkin Süleymanovdur” - Nərminin atası“Mənim övladımın qatili İlkin Süleymanovdur. Ortalığa yalan informasiyaları atan İlkin və onun qohumlarıdır. Əgər iddiaları ilə bağlı - hansı ki, mənim ölən balamın hamilə olduğunu deyirlər - faktları varsa, İlkin, təqdim et istintaqa. Etmirsiniz, çünki dediklərinizin hamısı yalandır”.

Bunu Modern.az-a açıqlamasında 2019-cu ildə Tovuzun Dondar Quşu kəndində amansızcasına qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın atası Şərif Quliyev qatilin onun qardaşı oğlu olması iddiaları ilə bağlı danışarkən bildirib.

Ş.Quliyev bütün iddiaları cəfəngiyyat adlandırıb:

“İlkinin qohumları Yutub-da yüz yalan danışırlar. Guya İlkin tutulanda biz qurban kəsmişik. Ayıbdır belə şeyi dilə gətirmək. Bütün bunlar cəfəngiyyatdır. O videolarda danışan əmi və bütün qohumlar öz gününə ağlayır, İlkin üçün yox. Çünki hamısı bu cinayətdə əlbir olublar.

Mənim qardaşımın oğlu da məhkəmədə dindirilib. Əgər şübhəli məqam vardısa, bu boyda istintaqdan yayına bilərdimi? Qardaşım oğlu hadisə vaxtı evdə, anamgildə olub. Mənim balam Nərminin qatili İlkindir, onun əmisi Süleymandır, əmisi oğlu, həmin vaxt polis orqanında işləyən Muraddır. Murad Nərminin yeddisində kənddən çıxdığıdır. Onun qayınatası üzüm bağlarını 41 min manata satdı. Pullarını da vəkillərə paylayırlar. Fikir verirsinizmi, heç bir halda onun adı hallanmır. Çünki bu işi ört-basdır edənlərdən biri də Muraddır. Süleyman ölən övladım üçün deyir guya Nərmin əmisinin oğlundan hamilə imiş. Faktları varsa, sübut etsinlər, qoy mən də düşməni tanıyım. Onlar sadəcə bu cinayəti üstlərindən atırlar, “bizim nəslə yaraşmaz” deyirlər. İlkin bu cinayəti tək törətməyib, onun yanında anası, bacısı, əmisi, əmisi oğlu da var, hamısı əlbirdir. İlkin iş kəsilsə, hamısı gedəcək. Ona görə qəbullanmaq istəmirlər. Onlar İlkindən də çox öz haylarındadırlar”.

O qeyd edib ki, dövlətə, qanunlarına arxalanır:

“Elə bil deputat seçirlər, qapı-qapı düşüb İlkinin guya günahsız olmasına dair imza toplayırlar. Görün bunlar dövləti, qanununları nə yerinə qoyublar. O bir Allaha and olsun ki, səbəbi aydınlaşdıra bilmirəm. Nə istəyiblər mənim balamdan. Yox əgər iddia edirlərsə ki, qızımı vəhşicəsinə öldürən başqasıdır, qoy sübut etsinlər. Mən də, bütün aləm də bilsin ki, qatil kimdir, düşmənim kimdir. İlkinin əmisi Süleyman deyir ki, Nərmin hamilə olub, guya ona da həkim deyib. Qoy desin hansı həkim deyib, sübut versin mənə. Ekspertizanı dövlət, rəsmi qurumlar aparıb. Qatil çalışıb ki, uşaq tamamilə yansın, amma üzü yanmamışdı, qurşaqdan aşağı hissəsi yanmışdı. Balam yanan yerə birinci məni çağırıb Bakıdan gələn müstəntiq Nadir Mirzəyev. Bu işdən ötrü üç general gəldi kəndə. Süleyman, 70 yaşındasan, nəvən yerində olan 10 yaşında uşağa bu iftiranı atanda heçmi vicdanın sızlamır?! Faktın var, de bütün Azərbaycan bilsin.

Bilirsiniz, onlar hər dəfə işi uzada-uzada gedirlər, indi müraciət ediblər iş Ali Məhkəmədədir. İstədikləri odur ki, məni qıcıqlandıralar, hansınısa vuram, bununla da iş bağlana. Bu da ömründə ola bilməz. Yüzə dözmüşəm, yüz birə də dözəcəm, balamın qatili məhkəmə qərarı ilə təsdiqlənənə kimi səbr edəcəm. Çünki dövlətimə, onun qanunlarına, ədalətinə inanıram”.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 2019-cu il noyabrın 21-də itkin düşüb. Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyiti aşkar edilib. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin əməkdaşları Tovuz rayonuna ezam olunublar.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər