Qardaş ölkə yenə itki verdi - Döyüşün səbəbi nədir?

Əfqanıstan-Pakistan sərhədində yenə döyüşlər olub. Tərəflər bir-birinin ərazisini artilleriya atəşinə tutublar. Döyüşlərdə hərbi təyyarələrdən də istifadə edilib. Taliban Pakistan hərbi təyyarələrinin Əfqanıstanın hava sahəsini pozduğunu iddia edir. Hər iki tərəfdən ölən və yaralananlar var.

Avrasiya.net xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, il ərzində iki ölkə arasında müxtəlif silahlı toqquşmalar baş verir və bu zaman onlarla hərbçi həlak olur:

“Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Pakistanla münasibətlərdə gərginlik yaşayır. Halbuki vaxtilə Talibanın yaranmasında Pakistanın rolu olub. Ancaq Əfqanıstan ərazisindəki “Pakistan Talibanı” (Təhriki-Pakistan) adlanan silahlı qrup Pakistanın sərhəd məntəqlərinə hücumlar təşkil edir. Bu zaman Pakistan Əfqanıstan ərazisindəki həmin qüvvələrin yerləşmə yerlərinə zərbələr endirir.

Gərginliyi artıran səbəb iki ölkə arasında sərhədin qeyri-müəyyənliyidir. 2670 km uzunluğundakı sərhədi 1893-cü ildə ingilis müstəmləkəçiləri müəyyənləşdiriblər. Əfqanıstan “Durand xətti” adlanan sərhədi rəsmi olaraq tanımır. Bu isə öz növbəsində gərginliyə səbəb olur. Pakistan sərhədi keçməyə çalışan müxtəlif silahlı qruplara zərbə endirəndə Taliban bunu Əfqanıstan ərazisinə hücum kimi qiymətləndirir və cavab zərbələri endirir. Taliban döyüşçüləri Pakistan ərazisində müxtəli postları ələ keçirəndə bunu qonşu ölkənin ərazisi kimi qiymətləndirmir.

Əfqanıstanla Pakistan arasında lokal silahlı toqquşmalar böyük müharibəyə səbəb olmasa da, bölgədə gərginlik ocağı yaradır. Pakistan-Əfqanıstan gərginliyi ən çox Pekini narahat edir. Çünki Çinin həm Pakistana, həm də Əfqanıstana yatırımları mövcuddur. Pakistan-Əfqanıstan gərginliyi bu iki ölkəni əhatə edən müxtəlif regional layihələrə də təhlükə yaradır”.

Politoloq vurğulayıb ki, Əfqanıstanla Pakistan arasında sərhəd müəyyənləşməyənə qədər gərginlik azalmayacaq:

“Sərhədin müəyyənləşməsi üçün isə ikitərəfli komissiya formalaşmalıdır. Problem ondadır ki, bölgənin digər ölkələri arasında da dağlıq hissələrdən keçən sərhədlər dəqiq müəyyənləşməyib”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər