27 yaşlı qadın meyvə pəhrizinə görə dünyasını dəyişdi

Polşa vətəndaşı Karolina Krjizak “sağlam həyat tərzi” dalınca gedərək yalnız meyvələrlə qidalanmağa başlayıb, lakin bu seçim onun həyatına son qoyub.

27 yaşlı qadın Balidəki otel otağında sərt fruktorian (yalnız meyvə əsaslı) pəhriz səbəbindən dünyasını dəyişib. O, illərlə yalnız təzə meyvələr yeyir, tibbi yardımdan isə qəti şəkildə imtina edirdi.

Son günlərdə Karolina artıq ayaq üstə dura bilməyəcək qədər zəifləyib, lakin buna baxmayaraq həkimlərin köməyini rədd edib və yalnız meyvə gətirilməsini tələb edib. Onun çəkisi 23 kiloqramdan az, orqanizmi isə ciddi qidalanma çatışmazlığından zərər görmüşdü — dişləri və dırnaqları sıradan çıxıb, bədən vəziyyəti ağır dərəcədə pisləşmişdi.

Dostlarının sözlərinə görə, o, özünü çox zəif hiss etsə də, seçdiyi “sağlam həyat tərzi” ilə qürur duyurdu.

Karolina Varşavada doğulub, 18 yaşında Böyük Britaniyaya köçərək Lids Universitetində təhsil alıb. Elə orada yoqa və veganizm ilə maraqlanmağa başlayıb. Daha sonra Balidə fruktorian həyat tərzini dəstəkləyən məşqçilərlə əlaqə qurub, səhhəti ağırlaşsa da, pəhrizdən imtina etməyib.

Həkimlər xəbərdarlıq edir ki, bu cür ekstremal pəhrizlər orqanizmi bərpaolunmaz dərəcədə zəiflədə və ölümlə nəticələnə bilər. Sağlam həyat tərzi balanslı və elmi əsaslara söykənməlidir.

Musavat.com


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər