Netanyahu Hitlerin aqibətini yaşayacaq - Ərdoğan xəbərdarlıq etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu Qəzzadakı hərəkətlərinə görə növbəti dəfə Adolf Hitlerə bənzədib.

Ərdoğan bu barədə Qətərdən qayıdarkən jurnalistlərə bildirib.

"Biz aydın şəkildə başa düşməliyik ki, İsrail dinə deyil, pozulmuş ideologiyaya xidmət edir. Netanyahu və dəstəsi dünyaya uydurma sionizm nağılları danışır. BMT Nizamnaməsi dövlətlərin ərazi bütövlüyünü, suveren bərabərliyini və onların sərhədlərinin zorla dəyişdirilməsinin yolverilməzliyini elan edir. “İsraili idarə edənlər, özlərinin radikal fikirlərini faşist ideologiyasına çevirmiş qatillər dəstəsindən başqa bir şey deyillər, bu baxımdan Netanyahunun ideoloji cəhətdən Hitlerlə əlaqəsi var”, - deyə “Anadolu” agentliyi Ərdoğandan sitat gətirib.

Türkiyə lideri əlavə edib ki, onun fikrincə, Netanyahu Hitler kimi əldə etdiyi tərəqqinin təsiri altında onu gözləyən məğlubiyyəti qabaqcadan görə bilməsə, o da “eyni aqibəti yaşayacaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər