Londonda keçirilən etiraz aksiyaları zamanı 26 polis əməkdaşı xəsarət alıb

Londonda keçirilən mitinq zamanı 26 polis əməkdaşı xəsarət alıb.

Bu barədə "Reuters" polis idarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, yaralananlardan dörd nəfəri ciddi travmalar alıb.

"Biz iğtişaşlarda iştirak edən şəxsləri müəyyənləşdiririk və yaxın günlərdə, həftələrdə onlara qarşı polis tərəfindən qəti tədbirlər görüləcək", – deyə hüquq-mühafizə orqanlarından bildirilib. Saxlanılanların sayı 25-ə yüksəlib, əvvəl bu rəqəm 9 olaraq açıqlanmışdı.

"Reuters" qeyd edir ki, polis əməkdaşlarına təpik vurulub, yumruqla hücum edilib, üzərlərinə butulka, siqnal raketi və digər əşyalar atılıb.

Qeyd edək ki, şənbə günü Londonda mühacirətə qarşı çıxışı ilə tanınan sağçı fəal və "İngilis Müdafiə Liqası" təşkilatının qurucusu Tommi Robinsonun təşkilatçılığı ilə etiraz aksiyası keçirilib. Polisin məlumatına görə, aksiya iştirakçılarının sayı 110 min nəfərə çatıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər