Hindistan Rusiyaya milyardlar qazandırır
ABŞ-ın Hindistana münasibətdə bu ilin avqustundan etibarən tətbiq etdiyi 25%-lik gömüuk rusumu Hindistanın Rusiya neftinin idxalı ilə bağlı Moskva ilə əldə etdiyi razılıqlarla bağlıdır. Rusiya Ukrayna müharibəsinin başlanmasına qədər rus nefti Hindistanın yanacağ istehlakının 3%ni təşkil edirdi, hazırda isə bu rəqəm 50%-ə qədər yüksəlib. ABŞ-a görə Hindistanın Rusiya neftinin idxalındakı rolunun yüksəlməsi Rusiya iqtisadiyyatına milyardlarla dollarların axmasına səbəb olub ki, bu da Rusiyaya Avropanın onun maliyyə bank, habelə yanacaq sektoruna münasibətdə sanksiyaları artırmasına baxmayaraq, Moskvaya müharibəni davam etdirməyə şərait yaradır.
Bunu Avrasiya.net-ə politoloq Elşən Manafov deyib.
"ABŞ-a görə Çin və Hindistanın enerji təhlükəsizliyində Rusiyanın əmsal göstəricilərinin qalxması Rusiyanın hərbi sənaye kompleksinə fasiləsiz olaraq Silahlı Qüvvələrin artan ehtiyaclarını ödəməyə imkan verir. ABŞ-ın təzyiqləri nəticəsində AB-nin Rusiyaya münasibətdə tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiyanın Avropanın enerji təminatındakı rolu 45%-dən 19%-dək aşağı düşsə də, Rusiyanın ona dəyən ziyanı Asiya bazarları hesabına kompensasiya etməsi onun iqtisadiyatının, bank və maliyyə sektorunun ayaq üstündə durmasına dəstək olmaqla yanaşı, Rusiya iqtisadiyyatının çökəcəyi ilə bağlı proqnozların özünü doğrultmamasına səbəb olub. ABŞ-a görə bu işdə Rusiyaya dəstək olan əsas ölkələrdən biri kimi Dehli cəzalandırılmalıdır. ABŞ-ın Hindistana münasibətdə sərgilədiyi mövqenin digər səbəbi rəsmi Dehlinin Moskva və Pekin, habelə İran, Venesuella, Braziliya, CAR ilə yanaşı birqütblü dünya sisteminə qarşı çıxması, dünyanın yeni nizamınin müəyyən edilməsi uğrunda son vaxtlar avroatlantlar və avroaziyaçılar arasında güclənmiş geosiyasi mübarizədədə sonuncuların yanında yer almaları ilə də bağlıdır" - politoloq deyib.
O. qeyd edi ki, bundan əlavə Hindistan ABŞ-ın toxuculuq məhsulları, kənd təsərrufatı, qiymətli metallar, əzcazçılıq məhsullarına olan ehtiyaclarının
ödənilməsində də mühüm çəkiyə malikdir. Bu ilin birinci yarısında Hindistandan ABŞ-a ixrac edilən məhsulların ümumi dəyəri 227 milyon dollar ötub keçib. Bu məhsullara Tramp 50%-lik gömrük rüsumları tətbiq edib, belə çıxır ki, gömrük məhsullarına tarif göstəricilərini yüksəltməklə Tramp Hindistanın ABŞ iqtisadiyyatındakı çəkisinin azalmasına nail olmaq istəyir. Bu isə perspektivdə Hindistan şirkətlərinin ABŞ bazarlarına olan marağının azalmasına, onları alternativ bazarlar axtarıb tapmaq məcburiyyətinə sövq edə bilər. Hindistanın Rusiya ilə hərbi texniki sahədə əməkdaşlığı, onun hərbi sənaye kompleksinin Rus silahlarının idxalına olan sifarişləri də Vaşinqtonu qayğılandıran amillərdəndir:
"Nəhayət, Hindistanın Ümumdünya Daxili Məhsulunun əldə edilməsində artmaqda olan çəkisi, onun demoqrafik göstəriciləri dünya hegemonluğu iddialarından mübarizəsiz imtina etmək fikrində olmayan ABŞ-ın diqqətindən kənarda deyil. Lakin, ABŞ Cənub -Şərqi Asiya regionunda Çinin mövqelərinin möhkəmlənməsinə yol verməmək üçün Hindistan və Çin arasında münasibətlərdə gərginliyin zəiflədilməsində maraqlı deyil. Bunu Moskva da bilir və məhz onun vasitəçilik səyləri ilə Çin və Hindistan araslnda keçən əstin 60-cı illərinin əvvəllərin etibarən gərginləşməkdə olan münasibətlərdə gərginlik son vaxtlar əhəmiyyətli şəkildə səngiyib. Bunu Hindistanın baş naziri N.Mondinin Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən tədbirlərə qatılması da göstərdi".
Son xəbərlər
