ABŞ Hərbi Dəniz Akademiyasında atışma: yaralılar var
Dərc olunub:
12-09-2025, 10:06
Annapolisdəki ABŞ Hərbi Dəniz Akademiyasında atışma baş verib.
Bu barədə “Foks Nyus” məlumat yayıb.
“Akademiyadan qovulan kursant silahla kampusa qayıdıb. Yataqxananın içərisində atışma səsləri eşidilib. Polis akademiyanın ərazisini bağlayıb”, - məlumatda deyilib.
Məlumata görə, bir nəfər helikopterlə xəstəxanaya çatdırılıb, bir neçə nəfərə isə tibbi yardım göstərilib. Onların vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur.
Son xəbərlər
