Polşa Belarusla sərhədi bağlayıb

Polşa yerli vaxtla gecə yarısı (Bakı vaxtı ilə saat 02:00) Belarusla sərhəddə o vaxta qədər fəaliyyət göstərən bütün sərhəd-keçid məntəqələrini bağlayıb.

"Report"un xəbərinə görə, bunu respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Marçin Kervinski Terespolda o vaxta qədər fəaliyyət göstərən yeganə sərnişin buraxılış məntəqəsində mətbuat konfransında deyib.

"Gecə yarısı Belarusla sərhəddə hərəkəti dayandırdıq. Bu, "Zapad-2025" təlimləri ilə əlaqədardır", - nazir bildirib. "Hərəkət bərpa olunacaq, lakin yalnız polyakların təhlükəsizliyinin təmin olunduğuna əmin olduqdan sonra. İqtisadi nöqteyi-nəzərdən sərhəddə hərəkətin mümkün qədər tez bərpa olunmasını təmin etməyə çalışacağıq", - o əlavə edib.

Terespoldakı nəzarət-buraxılış məntəqəsindən əlavə, Polşa-Belarus sərhədi ilə nəqliyyatın hərəkəti "Kukurıki" – "Kozloviçi" yük daşımaları üçün buraxılış məntəqəsində, eləcə də dəmir yolunun üç sərhəd keçid məntəqəsində – "Kuzniça Belostotskaya" – Qrodno, "Semyanuvka" – "Svisloç", "Terespol" – dayanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər