Tramp Polşaya təhlükəsizlik zəmanəti verdi
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlar qoşunlarını Polşa ərazisində saxlayacağına söz verib.
Publika.az xəbər verir ki, bu barədə Polşa prezidentinin mətbuat katibi Rafal Leskieviç bildirib.
Onun sözlərinə görə, telefon danışığı zamanı Tramp müttəfiqlərin dəstəyini təsdiqləyib və ABŞ kontingentini Polşada saxlayacağını vurğulayıb.
"Polşa öz ərazisində ABŞ hərbçilərinin olması üçün yüksək qiymət ödəyir", - deyə respublikanın baş naziri Donald Tusk jurnalistlərə bildirib.
Qeyd edək ki, hazırda Polşada 10 minə yaxın ABŞ əsgəri var.
Bu yaxınlarda Polşanın baş naziri Donald Tusk bildirib ki, ölkəsi bir Amerika əsgərini saxlamaq üçün ildə 15 min dollar xərcləyir.
Tramp isə ötən həftə deyib ki, ABŞ qoşunları Avropa ölkələrindən çıxarıla bilər, amma Polşadan yox.
Son xəbərlər
