Rusiya Polşaya müharibə elan etdi - Vilson

Rusiya Polşaya müharibə elan etdi - VilsonABŞ konqresmeni Co Vilson Rusiyanı Polşaya müharibə elan etməkdə ittiham edib və Rusiyaya zərbələr endirmək üçün Ukraynanı silahla təmin etməyə çağırıb.

Axar.az xəbər verir ki, o, bu barədə X səhifəsində məlumat yayıb.

“İranın “Şahid” PUA-larının NATO üzvü olan Polşaya hücumu müharibə aktından başqa bir şey deyil”, - o bildirib.

O, Tramp administrasiyasını dərhal bu cür hərəkətlərə qarşı durmağa çağırıb:

“Rusiya hərbi maşınını məhv etməyə qadir olan sərt sanksiyaları təcili olaraq tətbiq etmək və Ukraynanı Rusiya ərazisinə zərbə endirməyə imkan verəcək silahlarla təmin etmək lazımdır. Kreml artıq təkcə Ukraynadakı müharibə ilə kifayətlənmir – indi Moskva “Rusiyanın sərhədləri olmadığını” bəyan etməklə NATO-nun qətiyyətini sınayır”.

Qeyd edək ki, 10 sentyabrda Rusiyaya məxsus "Şahid" PUA-ları Polşaya hücum edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər