"Tramp SSRİ DTK-sı tərəfindən işə götürülüb"
Tramp Rusiyanı müttəfiq, anti-Çin ölkəsi kimi görmək istədiyi üçün Rusiyaya təzyiq etmək istəyi yoxdur.
Bunu Avrasiya.net-ə Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us deyib.
Onun sözlərinə görə, üstəlik, Rusiya Avropaya təhdid kimi lazımdır ki, Avropa ABŞ-dan daha çox silah alsın: "Hətta Trampın “Agent Krasnov” olması versiyası da var. O, SSRİ DTK-sı tərəfindən işə götürülüb".
Us onu da deyib ki, Tramp heç vaxt Ukrayna münaqişəsini Kiyevin xeyrinə həll etməyəcək: "Bu belədir. Yaxud 2026-cı ilin noyabrında keçiriləcək Konqres seçkilərini gözləmək lazımdır. Əgər demokratlar hər iki palatada qalib gəlsələr, o zaman Trampın üçüncü impiçmenti ola bilər. Ancaq təsirli. İlk ikisindən fərqli olaraq".
Son xəbərlər
