Vaşinqtonda minlərlə insan küçələrə axışdı: Trampdan tələb
Dərc olunub:
7-09-2025, 07:31
Vaşinqtonda minlərlə etirazçı yürüş keçirərək ABŞ Prezidenti Donald Trampdan Milli Qvardiya qoşunlarının paytaxt küçələrində patrul fəaliyyətini dayandırmasını tələb edib.
Bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, minlərlə vətəndaş əllərində müxtəlif plakatlar tutaraq, Trampın qərarını pisləyib.
Qeyd edək ki, Tramp bir müddət öncə cinayətlərin şəhərdə təhlükə yaratdığını bildirib və ictimai təhlükəsizliyi bərpa etmək üçün Vaşinqtona qoşun yerləşdirib.
Son xəbərlər
