Fransa böyük müharibəyə hazırlaşır: Xəstəxanalara təlimat...

Fransa hökuməti ölkə üzrə xəstəxanalara “böyük toqquşma” ssenarisinə hazırlaşmaq üçün rəsmi təlimatlar göndərib.

Bu barədə “Le Fiqaro” məlumat yayıb.

Məlumata görə, Regional Səhiyyə Agentliklərinə (ARS) verilən tapşırığa əsasən, tibb işçiləri 2026-cı ilin martına qədər çoxsaylı yaralı hərbçiləri qəbul etməyə hazırlanmalıdır. Fransa bu halda həm öz əsgərləri, həm də müttəfiq ölkələrin yaralılarını qəbul edən arxa baza rolunu oynaya bilər.

Plan çərçivəsində xüsusi tibbi mərkəzlərin yaradılması, gündə 250 nəfərə qədər yaralının qəbul edilməsi və mülki xəstəxanaların 180 gün ərzində 100–500 min xəstəyə xidmət göstərməsi nəzərdə tutulur. Sənəddə, həmçinin, bütün tibbi işçilərin ixtisasından asılı olmayaraq səfərbər edilə biləcəyi vurğulanır.

Müvafiq addımlar “Milli Strateji İcmal – 2025” doktrinasına əsaslanır. Sənəddə 2030-cu ilə qədər Avropada Fransa və müttəfiqlərin iştirakı ilə genişmiqyaslı silahlı münaqişə ehtimalının yüksək olduğu bildirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər