ABŞ narkotik kartelinin 11 üzvünü öldürüb
Dərc olunub:
3-09-2025, 06:03
ABŞ silahlı qüvvələri beynəlxalq sularda keçirdiyi əməliyyat zamanı “Tren de Aragua Venesuela” narkotik kartelinin 11 üzvünü məhv edib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” hesabında məlumat verib.
"Zərbə terrorçular beynəlxalq sularda qeyri-qanuni narkotik vasitələri daşıyaraq ABŞ-a doğru hərəkət edərkən baş verib. Zərbə nəticəsində 11 terrorçu məhv edilib", - Tramp bildirib.
Son xəbərlər
