Əfqanıstanda ölənlərin sayı 1411 nəfərə çatıb
Dərc olunub:
2-09-2025, 16:27
Əfqanıstanın şərqində baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 1124 nəfərə çatıb.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Yaralıların sayının isə 3251 nəfərə yüksəldiyi qeyd olunub. Ölkənin yerli mediasının məlumatına görə, hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altında yüzlərlə insanın qaldığı ehtimal edilir.
Bundan əvvəlki açıqlamada təbii fəlakət səbəbindən 800 nəfərin öldüyü, 2800-dən çox şəxsin isə yaralandığı deyilirdi.
TASS agentliyi Əfqanıstanda 6,2 ballıq zəlzələdən sonra hazırkı vəziyyəti əks etdirən görüntülər yayıb.
Son xəbərlər
