Finlandiyada azərbaycanlı qadın öldürüldü
Dərc olunub:
2-09-2025, 07:52
Finlandiyanın Espoo şəhərində azərbaycanlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.
Bu barədə Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədirlərindən Arzu Oqtay Feysbuk hesabında paylaşım edib.
Onun sözlərinə görə, hadisə avqustun 29-da qeydə alınıb. O, qadının amansızlıqla qətlə yetirildiyini bildirib.
Adı açıqlanmayan 30 yaşlı qadının iki uşaq anası olduğu bildirilir.
Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Son xəbərlər
