Malayziya Azərbaycanla biznes məsələləri üzrə işçi qrupunu rəsmiləşdirməyi planlaşdırır

Hazırda qeyri-rəsmi formatda fəaliyyət göstərən biznes məsələləri üzrə Malayziya-Azərbaycan işçi qrupunun rəsmiləşdirilməsi istiqamətində addımlar atılır.

Bunu "Report"a eksklüziv müsahibəsində Malayziyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Ahmad Kamrizamil Mohd Riza bildirib.

"İşçi qrupuna rəsmi status verilməsi hər iki ölkədən daha çox işgüzar dairəni dialoqa və yeni imkanların müzakirəsinə cəlb etməyə imkan verəcək. Ümid edirəm ki, bu proses 2025-ci ilin sonuna qədər yekunlaşacaq", – o deyib.

Səfir qeyd edib ki, ölkələrimiz ikitərəfli məsləhətləşmələr formatında fəal şəkildə əməkdaşlıq edərək qarşılıqlı maraq doğuran mühüm məsələləri müzakirə edir.

"Bu müzakirələr hər iki tərəfin əməkdaşlıq üçün yeni imkanlar axtarmaq və iqtisadi inkişaf, texnoloji innovasiyalar və mədəni mübadilə sahələrində əlaqələri gücləndirmək niyyətini nümayiş etdirir", - A. Riza əlavə edib.

Onun sözlərinə görə, ikitərəfli məsləhətləşmələr zamanı ölkələr ticarət, investisiya, elmi tədqiqatlar və insanlar arasında əlaqələr sahəsində əməkdaşlığı gücləndirə biləcək potensial tədbirlərin və tərəfdaşlıq münasibətlərinin təməlini qoymağa davam edirlər.

Diplomat bildirib ki, 2025-ci ilin yanvar-iyul aylarında iki ölkə arasında ticarət dövriyyəsi 6,913 milyon ABŞ dolları təşkil edib. Azərbaycanın Malayziyaya ixracı 27,3 min ABŞ dollarına çatıb (əsasən optik və elmi avadanlıq, tekstil, geyim və ayaqqabı, sənaye malları, bitki yağları və kənd təsərrüfatı məhsulları tədarük edilib). Eyni zamanda, Malayziya Azərbaycana 6,886 milyon ABŞ dolları dəyərində mal, xüsusilə tərkibində palma yağı olan məhsullar, elektrotexniki və elektron məmulatlar, rezin məhsullar, maşınlar, avadanlıqlar və ehtiyat hissələri, habelə optik və elmi avadanlıqlar tədarük edib.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq olar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər