Hindistanda göyərçin saxlanılıb - SƏBƏB

Hindistanın Cammu şəhərində polis göyərçini saxlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, göyərçinin ayağında yerli dəmiryol vağzalını partlatmaqla hədələyən məktub olub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, quş avqustun 18-də axşam saatlarında Pakistanla sərhəd xəttinin yaxınlığında yerləşən Katmariya ərazisində tutulub.

Məktubda Urdu və ingilis dillərində olan qeyddə "Kəşmir Azadlığı" və "Zaman gəldi" sözləri, həmçinin partlayıcı qurğudan istifadə edilməklə stansiyanın bombalanması ilə bağlı xəbərdarlıq olub.

Bundan sonra təhlükəsizlik qüvvələri təhlükəsizlik tədbirlərini gücləndirib: vağzalın və dəmiryol relslərinin mühafizəsi üçün kinoloqlar və istehkamçılar cəlb olunub, polis yüksək hazırlıq vəziyyətinə gətirilib.

Mütəxəssislər hesab edirlər ki, göyərçin bu cür mesajları çatdırmaq üçün xüsusi təlim keçib. Onlar hakimiyyətin belə hallara son dərəcə ciddi yanaşmağa məcbur olduğunu vurğulayırlar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər