Çində Qaşqar - Mərkəzi və Cənubi Asiya ticarət yarmarkası açılıb

Avqustun 15-də Qaşqarda (Çinin Sintszyan-Uyğur Muxtar Rayonu) "Qaşqar - Mərkəzi və Cənubi Asiya" ticarət yarmarkasının ("Qaşqar yarmarkası") açılışı olub.

XV yarmarka "Qarşılıqlı əlaqə, qarşılıqlı yardım və qarşılıqlı fayda - birgə müzakirə, birgə tikinti və birgə istifadə" şüarı altında keçirilir.

Builki tədbirin fəxri qonaqları Pakistan və Qırğızıstandır.

Tədbir Sintszyan-Uyğur Muxtar Rayonunun Qaşqar Dairəsi Administrasiyası tərəfindən təşkil olunub və Çinin regionlarından, həmçinin Mərkəzi və Cənubi Asiya ölkələrindən olan iştirakçılar üçün hərtərəfli sərgidir.

Onun əsas missiyası Çin və Mərkəzi Asiya, Cənubi Asiya, Yaxın Şərq və Avropa dövlətləri arasında iqtisadi və ticarət əlaqələrinin inkişafına kömək etməkdir.

Bu il tədbirdə 40 ölkə və regiondan 181 xarici şirkətin, eləcə də 1120 Çin müəssisəsinin nümayəndələri iştirak edir.

Yarmarka avqustun 17-dək davam edəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər