İndoneziya sentyabr ayına qədər Aİ ilə ticarət sazişi bağlamağı hədəfləyir
İndoneziya hakimiyyəti sentyabr ayına qədər Avropa İttifaqı ilə ticarət maneələrini aradan qaldıracaq və bəzi idxal rüsumlarını sıfıra endirəcək Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi bağlamağı gözləyir.
Bu barədə İndoneziyanın Aİ-dəki missiyasına istinadən “Politico” qəzetinin Avropa nəşri məlumat yayıb.
Missiya qeyd edib ki, doqquz ildir müzakirə olunan sazişin payızın əvvəlinə qədər bağlanması “nikbindir”. Danışıqlarda iştirak edən Avropa Parlamentinin ticarət komitəsinin sədr müavini Julius Winkler də “Politico”ya bildirib ki, o, sentyabra qədər razılaşmanı real hesab edir.
Avropa Komissiyasının nümayəndəsi Olof Gillin sözlərinə görə, Aİ ayrı-ayrı məhsullar üçün bazara çıxışın "təfərrüatlarını yekunlaşdırmalıdır", o qeyd edib ki, tərəflər hazırda "Aİ (və İndoneziya) əsas malları üçün rejimin daha da təkmilləşdirilməsinə diqqət yetirirlər".