12 ildə Çin-Avropa yük marşrutu ilə 20 mindən çox qatar keçib
Dərc olunub:
3-08-2025, 13:02
Sinxua xəbər verir ki, 2013-cü ildən bəri Çin-Avropa yük marşrutu ilə 20 mindən çox qatar keçib.
Qeyd olunduğu kimi, bu qatarların son 10 000-i cəmi üç il ərzində müvafiq istiqamətdə yüklər çatdırıb. Bu marşrut üzrə əsas logistika mərkəzi Erenhot keçid məntəqəsidir.
Çin-Avropa dəmir yolu dəhlizində 10-dan çox ölkədə 70-ə yaxın qovşaq stansiyasını birləşdirən 73 xətt var. Bu marşrut Çinin 24 regionunun 60-dan çox şəhərini əhatə edir