"Amerika əsgərləri Ukraynaya göndərilməyəcək"
Dərc olunub:
16-07-2025, 07:38
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Amerika hərbçiləri Ukrayna ərazisində olmayacaq.
APA xəbər verir ki, bu barədə o, Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında bildirib.
“Bizim əsgərlərimiz döyüş əməliyyatları aparılan ərazilərdə – Ukraynada olmayacaq”, – deyə Tramp vurğulayıb.