SEPAH İsrailin elm adamlarını hədəfə alıb
Dərc olunub:
28-06-2025, 19:22
İsrail və Amerika qüvvələrinin İranın nüvə obyektlərinə hücumlarından sonra hər iki ölkənin rəsmiləri SEPAH-a bağlı hakerlərin kiberhücumların riski barədə xəbərdarlıq ediblər.
Bu barədə məlumatı “İran İnternəşnl” kanalı yayıb.
Qeyd olunub ki, İsrail şirkəti “Check Point Software” jurnalistlərin, alimlərin və digər İsrail vətəndaşlarının bu hakerlərin hədəfində olduğunu bildirib.
Vurğulanıb ki, son günlərdə SEPAH tərəfindən israilli jurnalistlərə, akademik rəsmilərə və İsraildəki digər şəxslərə fişinq mesajları göndərilən haker kampaniyası aşkarlayıb.