Pakistanda partlayış: azı 13 nəfər həlak oldu
Dərc olunub:
28-06-2025, 13:44
Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində azı 13 nəfər həlak olub, 29 nəfər yaralanıb.
Bu barədə “Аgence France-Presse” məlumat yayıb.
"Terrorçu-kamikadze partlayıcı maddələrlə dolu avtomobillə əsgərlərin kolonasına girib", - dövlət nümayəndəsi agentliyə bildirib.
Son xəbərlər
