40 min ABŞ əsgəri İranın atəşi altındadır

ABŞ-ın nüfuzlu “The New York Times” qəzeti Yaxın Şərqdə gərginliyin son dərəcə təhlükəli mərhələyə daxil olduğunu bildirib. Nəşr Ağ Evə və hərbi rəhbərliyə xəbərdarlıq edərək yazır ki, bölgədə yerləşən təxminən 40 min Amerika əsgəri hazırda İranın raket və dron təhdidi altındadır.

Qəzetin məlumatına görə, ABŞ-ın İrana qarşı hava hücumlarından sonra Tehranın cavab zərbəsi ehtimalı çox yüksəkdir. Bu isə təkcə İsraili deyil, bölgədəki ABŞ bazalarını və hərbi personalı da birbaşa hədəfə çevirə bilər.

Məqalədə qeyd olunur ki, hazırda ABŞ hərbi kontingenti İraq, Suriya, Küveyt, Qətər, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərində yerləşir. Bu əsgərlərin bir çoxu strateji bazalarda xidmət edir və İranın bu mövqeləri raketlərlə vurmaq üçün kifayət qədər imkanları var.

The New York Times bu kontekstdə “İrana zərbə vurmaqla ABŞ nə qazanır və nə itirir?” sualını önə çəkir. Analitiklər hesab edir ki, Tramp administrasiyası daxildə siyasi mövqe gücləndirmək məqsədilə belə bir riskli avantüraya baş vurubsa, bunun bədəli çox ağır ola bilər.

Qəzetin redaksiya heyəti administrasiyanı müharibənin nəticələrini düzgün hesablamağa və Amerika hərbçilərinin həyatını riskə atmamağa çağırır.



Musavat.com

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər