Qərb İranda rejim dəyişiklikliyini planlayırmı?
İsrail - İran arasında qarşıdurmasından (faktiki müharibəsindən) İranın qalib çıxma ehtimalı belə yoxdur. Bunun həm hərbi-texniki və həm də siyasi-idealoji əsasları var. Təxmin edildiyi kimi, İsrailin İran üzərində hərbi-texniki və kəşfiyat üstünlüyü ortadadır. Əlbəttəki, ABŞ və Böyük Britaniyanın hər tərəfli real dəstəyi və razılığı olmadan da İsrailin geniş əməliyyata başlaması mümkünsüz idi. İrana heç bir müsəlman ölkəsinin real dəstək verməməsi və İranın da ABŞ-ın regiondakı müttəfiqlərinə qarşı heç bir hərbi əməliyyat keçirməməsi, qarşı tərəfin təkcə İsrailin olmamasının sübutudur. Bu, İsrail - İran qarşıdurmasının hərbi - texniki tərəflərdir və İranın nisbi də olsa üstünlüyü mümkün deyil.
Əgər proses bir müddət davam edərsə, Xamneyinin hakimiyyətdən uzaqlaşdırılması, İranda rejim dəyişkiliyi gözləniləndir. Onda, İranın parçalanma ehtimalı da yüksəkdir, ancaq sonra yarana biləcək milli dövlətlərin siyasi perespektivləri, regionun siyasi arxitekturası Qərb, xristian mərkəzlərini narahat edir, arzulanan nəticələrə əminlik yoxdur. İranda rejim dəyişikliyinə gedilə bilər, ancaq Qərb üçün İranın parçalanması arzuolunan variant deyil. Məsələ elə burasındadır ki, regionda yeni siyasi mənzərə, sübyektlər Qərbin daimi maraqlarına mane ola bilər. Ən əsası isə, İranın parçalanması Azərbaycan və Türkiyənin daha da güclənməsi, böyüməsi üçün geniş imkanlar vəd edir. İranda rejim dəyişiliyi ilə bağlı Qərb dairələrində fikir ayrılığı regionun nəzarətdən çıxması, bəzi dövrlərin daha da güclənməsi ehtimalına söykənir. Ancaq ki, Qərbdə bəzi dairələrə İran ərazisində müstəqil kürd dövlətinin yaranması maraqlı ola bilər.
Böyük Britaniyanın isə digər dövlətlərdən tam fərqli olaraq, diplomatik nümayəndə heyətinin, vətəndaşlarının İrandan təxliyə etməməsi ilə bağlı rəsmi açıqlaması İsrail - İran qarşıdurmasının nəzarətdə olmasına dolayı sübutu kimi, həm də İranda mümkün siyasi dəyişiliklər fonunda daha proseslərə daha operativ müdaxiləsindən irəli gəlir.
Qaldı ki, qarşıdurmada İranın İsrail üzərində fərz edilən hərbi üstünlüyünə, heç şübhəsiz ki, görüntü də olsa islam ölkəsi kimi İranın İsrail üzərində üstünlüyü siyasi-idealoji baxımdan Qərb üçün qətiyən yolverilməz variantdır. Əgər, İran İsraillə qarşıdurmadan müəyyən uğurla belə çıxarsa, İranın regionda dağıdıcı fəaliyyəti genişlənə, ambisiyaları arta bilər. Həmçinin, İranın İsraillə münaqişədə müəyyən uğur sonluğu Rusiyanın, Çinin, Şimali Koreyanın siyasi-idealoji dayaqlarını gücləndirə bilər. Putinin də tərəflər arasında vasitəçilik cəhdinin səbəblərindən biri də budur. İsrail - İran arasında real vasitəçilk imkanlarında Azərbaycanın təsiri əhəmiyyətli ola bilər və İran tərəfinin Azərbaycan prezidenti İlham Əliyevə belə bir müraciəti barədə məlumatlar da var. Türkiyə prezidenti Ərdoğan da tərəflər arasında vasitəçilik istəyini bildirib, ancaq İsrailin Türkiyənin vasitəçiliyi qəbul etməsi müəmmalıdır.
Hərçənd ki, İranın uğur sonluğu real nəticə kimi deyil, teorik fərziyyələr kimi müzakirə edilir. Artıq, İran Qərbin tələblərinə tabe olması ilə bağlı diplomatik gedişlərlə başlayıb. İrana qarşı prosesin tezlikdə dayandırılması, razılaşmanın əldə olunması hələ inandırıcı görünmür. Ancaq, İsrail - İran qarşıdurması səbəbindən dünya iqtisadiyyatına enerji daşıyıcılarının qiymətinin artması qarşıdurmanın dayandırılması üçün şərtə çevrilə bilər.
Vüqar Dadaşov