İranın 14 nüvə alimi öldürülüb

İsrailin hücumu nəticəsində İranda nüvə sahəsində fəaliyyət göstərən 14 alim həlak olub.

Avrasiya.net xəbər verir ki, bu barədə "Reuters" agentliyi Fars körfəzindəki iki mənbəyə istinadən məlumat yayıb.

Alimlərdən bəziləri avtomobilə yerləşdirilmiş bombaların kçə düşməsi nəticəsində həlak olublar.

İranın "Nur News" agentliyinin məlumatına görə, iyunun 13-nə kimi İsrailin hava hücumları nəticəsində azı altı nüvə alimi həlak olub.

Onlar arasında Əbdülhəmid Mənuçehr, Əhmədrza Zülfikari, Əmirhüseyn Fəxi, Mətləbizadə, Məhəmməd Mehdi Tehrançi və Fereydun Abbasi var.

Qeyd edək ki, İsrail və İran arasında qarşılıqlı zərbələr iyunun 13-nə keçən gecə başlayıb. İlk hücumlar İranın nüvə obyektlərinə edilib. Tehran buna cavab olaraq yüzlərlə raket atıb, bundan sonra İsrail aviasiyası İran ərazisindəki hədəfləri vurmağa davam edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər