İran yenidən İsraili vurdu - 3 ölü, 140 yaralı
Dərc olunub:
15-06-2025, 07:57
İran ötən gecə yenidən İsrailə hücum edib.
İrandan atılan raketlər Təl-Əvivin ətrafı Bat Yam və Rehovot ərazilərinə düşüb.
Zərbələr nəticəsində 3 nəfər ölüb, 140-dan çox insan yaralanıb.
“The Times of Israel” qəzetinin yazdığına görə , raket Bat Yam şəhərində yaşayış binasına düşüb. Dağıntılar altından 60 və 70 yaşlı iki qadının, həmçinin 13 yaşlı uşağın meyiti çıxarılıb.