İranın İsrailə zərbələri nəticəsində 1 nəfər ölüb, 63 nəfər yaralanıb
Dərc olunub:
14-06-2025, 08:18
İranın İsrailə zərbələri nəticəsində ağır yaralanan qadın xəstəxanada keçinib.
Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, zərbələr Təl-Əvivdə ciddi dağıntılara səbəb olub, binaların uçqunları altında insanlar qalmış ola bilər.
Milli Tibb Xidməti 63 zərərçəkmişə yardım göstərildiyini açıqlayıb.