Hindistanda təyyarə qəzaya uğradı: 110 nəfər öldü
Hindistanın Əhmədabad hava limanı yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat verib.
***
Hindistanın qərbindəki Əhmədabad şəhərində hava limanı yaxınlığında qəzaya uğrayan "Air India" təyyarəsinin göyərtəsində 240-dan çox sərnişin olub.
Bu barədə NDTV xəbər verib.
Təyyarənin Böyük Britaniyanın Birmingem şəhərinə uçduğu bildirilir.
"Flightradar24" isə xəbər verir ki, qəzaya uğrayan "Boinq 787-8 Dreamliner" təyyarəsi olub və havaya qalxdıqdan bir neçə saniyə sonra qəza siqnalı verib.
***
İlkin məlumata görə, qəza nəticəsində 30 nəfər ölüb.
Hindistan Mülki Aviasiya Baş İdarəsi bildirib ki, təyyarədə 242 nəfər olub.
“Onlardan 2-si pilot, 10-u isə uçuş bələdçisidir”, - məlumatda qeyd olunub.
NDTV kanalının məlumatına görə, qəza nəticəsində sağ qalanlar var.
***
Hindistanın “TaymsNou” kanalının məlumatına görə, qəzada həlak olanların sayı 110-a yüksəlib.