Tramp ABŞ-ın beynəlxalq mövqelərini zəiflədir

ABŞ prezidenti D. Trampla Rusiya prezidenti arasında baş tutan telefon danışığında görüş barədə razılaşma əldə edilməyib. Çünki, görüş Ukrayna danışıqlarında ciddi irəliləyişlərin əldə olunması ilə nəticələnməli idi. Rusiya tərəfi nə atəşkəsə, nə də sülhə hazırdır. Göründüyü kimi, baş tutan telefon danışığından sonra D.Tramp Ukraynaya zərbələrə seyrçi qalıb.

Bunu Avrasiya.net-ə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, D.Tramp Ukraynaya hərbi yardımları dayandırmaqla yanaşı, Rusiyaya sanksiyaların tətbiqinin də qarşısını alır. Bundan böyük V. Putinə hədiyyə ola bilməzdi. Proseslər onu göstərir ki, D. Tramp Ukraynanı V. Putinə güzəştə getməyə hazır görünür.

Hazırda ABŞ Konqresində respublikaçılar D. Trampın Ukrayna siyasətindən narazıdır. Əgər, D.Tramp hazırkı siyasətini davam etdirəcəksə, onun siyasi karyerası, həmçinin respublikaçılar partiyasının növbəti mərhələdə seçkilərdə iştirakıUkrayna müharibəsindən asılı olacaq. Xüsusilə, bu siyasət Respublikaçılar partiyasının imicinə zərbədir. Baş verənlər D.Trampın impiçment olunması istisna deyil:

"Əgər, ABŞ Ukraynadan tam geri çəkilərsə, Avropa İttifaqı yeni beynəlxalq siyasi və hərbi güc olacaq. Bundan əlavə, Böyük Britaniya da öz beynəlxalq siyasi mövqeyini gücləndirəcək. Bununlada ABŞ Ukraynanı Rusiya qarşısında dəstəkləməyəcəksə, artıq fövqəl dövlət statusunu itirən bilər.

D.Tramp prezidentliyə başladıqdan sonra, heç bir müsbət uğura imza atmayıb. Hakimiyyət daxilində böhran davam edir. Kaliforniyada etiraz aksiyaları məhz onun daxili siyasətinin iflasıdır. D. Tramp strateji və müttəfiq ölkələri ilə münasibətləri gərginləşdirib.

Amerika qitəsində güclənməsini özünün strateji planına daxil edən D. Tramp Latın Amerikası ölkələri və Kanada ilə soyuq münasibətlərə malikdir. Ona görə də D. Trampın "ABŞ yenidən qayıtdı", "güclü Amerika" kimi şüarları populizmdi. ABŞ özünün beynəlxalq müstəvidə qürubunu yaşayır"..

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər