"Birləşmiş Ştatlar parçalana bilər”
Dərc olunub:
10-06-2025, 08:52
ABŞ-da daxili qarşıdurmalar getdikcə artır və cari əsrdə ölkənin bölünməsi baş verə bilər.
Avrasiya.net xəbər verir ki, bu fikri öz Teleqram kanalında Los-Ancelesdəki iğtişaşları şərh edən senator Aleksey Puşkov deyib.
"Brüssel Rusiyanın baş verməyəcək parçalanmasını arzulasa da, parçalanmaya əsas namizəd ABŞ ola bilər: bu ölkə Amerika cəmiyyətini sarsıdan güclü parçalanmalara tab gətirə bilməyəcək. Üstəlik, ABŞ-da daxili qarşıdurmalar getdikcə artır. 21-ci əsrdə Birləşmiş Ştatlar parçalana bilər”, - parlamentari yazıb.
O, "Kaliforniyada xaos və idarəolunmazlığın hökm sürdüyünü" qeyd edərək, "ştatın qubernatoru, demokrat Gavin Newsomun mahiyyətcə iğtişaşçıları dəstəklədiyinə və hər şeydə federal hökuməti günahlandırdığına" diqqət çəkdi.