Milli Qvardiyanın daha 2 min hərbçisi Los-Ancelesə göndəriləcək
Dərc olunub:
10-06-2025, 05:05
ABŞ prezidenti Donald Tramp bir neçə gündür qanunsuz mühacirlərin kütləvi saxlanmasına qarşı etirazların davam etdiyi Los-Ancelesə Milli Qvardiyanın əlavə 2 min hərbçisinin göndərilməsi barədə göstəriş verib.
“Report” xəbər verir ki, bu barədə Kaliforniya qubernatoru Qevin Nyusom “X”də yazıb.
Qubernator əmindir ki, Tramp belə bir əmri ictimai təhlükəsizlik maraqları naminə vermir:
“Əvvəllər Los-Ancelesə göndərilmiş Milli Qvardiyanin 2 min hərbçisindən yalnız 300-ü iğtişaşlara qarşı fəal iştirak edir, qalanları isə federal agentliyin binalarında boş oturur”.