"ABŞ-da yeni siyasi partiyaya ehtiyac var"
Dərc olunub:
7-06-2025, 10:20
Amerikalı sahibkar İlon Mask ölkədə yeni siyasi partiyanın yaradılmasının zəruri olduğunu bildirib.
Mask bu barədə “X” hesabında yazıb.
Sahibkar iddiasını keçirdiyi sorğuyla əsaslandırıb.
Onun sözlərinə görə, sorğuda iştirak edənlərin 80,4%-i yeni partiyanın yaradılmasını dəstəkləyib.
Bir sutka ərzində sorğuda 5,6 milyondan çox istifadəçi iştirak edib.
“İnsanlar fikirlərini bildirdilər. Amerikada yeni bir siyasi partiyaya ehtiyac var.” – deyə Mask paylaşımında qeyd edib.
Son xəbərlər