star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"Mask narkotikdən istifadə edir" - Tramp

ABŞ prezidenti Donald Tramp sahibkar İlon Maskın “dəli” davranışını narkotik istifadəsi ilə əlaqələndirib.

Bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən məlumat dərc edib.

KİV may ayında dərc etdiyi məqalədə yazmışdı ki, Mask Trampın ən yaxın müttəfiqlərindən birinə çevriləndə aktiv olaraq ketamin qəbul etməyə başlayıb. Lakin narkotiklərlə bağlı məlumatı iş adamı özü təkzib etmişdi.

"Tramp son 24 saat ərzində köməkçilərinə Maskın “dəli” davranışının onun narkotik istifadəsindən qaynaqlandığını bildirib”, – nəşr qeyd edib.

Biznesmenin Ağ Evi tərk etmək qərarından sonra ABŞ prezidenti Donald Tramp və sahibkar İlon Mask arasında ictimai mübahisə yaranıb.

Mask ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsindən istefa verib, bundan sonra Trampın vergilərlə bağlı qərarını tənqid edib. Sahibkarın sözlərinə görə, vergi güzəştlərini nəzərdə tutan qanun layihəsi ABŞ-nin büdcə kəsirinin artmasına səbəb olacaq.








Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər