Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına 1,5 milyondan çox zəvvar gəlib
Dərc olunub:
5-06-2025, 03:56
Səudiyyə Ərəbistanına digər ölkələrdən Həcc ziyarətinə gələn zəvvarların sayı 1,5 milyonu keçib.
Bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin rəsmi nümayəndəsi Qassan əl-Nuaymi məlumat verib.
Əl-Nuaymi həmçinin qeyd edib ki, nazirliyin 94 mindən çox əməkdaşı zəvvarların təhlükəsizliyini təmin etmək üçün çalışır.
Qurum rəsmisi bildirib ki, idarə Həcc ziyarəti üçün tələb olunan xüsusi icazənin olub-olmamasını yoxlayan digər dövlət qurumları və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.
Son xəbərlər
