Mask Trampı dəstəklədiyinə peşmandır: "Biabırçılıqdır, daha dözə bilmirəm"

Mask Trampı dəstəklədiyinə peşmandır: "Biabırçılıqdır, daha dözə bilmirəm"Milyarder iş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampın vergi və xərc qanun layihəsini sərt sözlərlə tənqid edib.

Bu barədə milyarder “X” sosial media platformasında yazıb:

“Üzr istəyirəm, amma daha dözə bilmirəm. Bu kütləvi, ağlasığmaz, talançı Konqres xərcləri haqqında qanun layihəsi iyrənc biabırçılıqdır. Buna səs verənlərə ayıb olsun: səhv etdiyinizi bilirsiniz. Bu qanun layihəsi onsuz da böyük olan büdcə kəsirini 2,5 trilyon dollara (!!) çatdıracaq və Amerika xalqını dözülməz borc yükü ilə yükləyəcək”.

Maskın mövqeyi Trampa qarşı çıxmağa başlayan bəzi fiskal mühafizəkar respublikaçı senatorları cəsarətləndirə bilər. Bu senatorlar Konqresdə “bir böyük, gözəl qanun layihəsi” adlandırılan məsələ ilə bağlı tənqidi danışıqları davam etdirirlər.

Qeyd edək ki, keçənilki seçki kampaniyası zamanı Trampa əhəmiyyətli ianələr verən Mask keçən həftə Ağ Evdəki postunu tərk edib. Mask fırıldaqçılıq və israfçılığı azaltmaq üçün yaradılmış “hökumətin səmərəliliyi departamentinin” (Doge) rəhbəri idi.
Milyarder Respublikaçı qanun layihəsinin “Doge”nin səylərini baltalayacağını və ABŞ-ı daha da borca salacağını deyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər