ABŞ-da atışma nəticəsidə 11 nəfər yaralanıb
Dərc olunub:
26-05-2025, 08:54
ABŞ-ın Cənubi Karolina ştatında baş verən atışma nəticəsində azı 11 nəfər yaralanıb.
Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Hadisənin bazar günü yerli vaxtla saat 21:30 radələrində Litl-River yaşayış məntəqəsində baş verdiyi bildirilir.
Atışmanın səbəbləri və xəsarət alanların vəziyyəti barədə hələlik rəsmi məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.