Kömür daşıyan gəmi batdı, 10 nəfər itkin düşdü
Dərc olunub:
26-05-2025, 08:52
Vyetnamın mərkəzində yerləşən Kuanqbin əyaləti sahillərində kömür daşıyan yük gəmisinin batması nəticəsində 10 ekipaj üzvü itkin düşüb.
Bu barədə “VnExpress” xəbər portalı məlumat yayıb.
Təxminən 5 min ton kömür daşıyan gəmi Vunqanq limanına yaxınlaşarkən texniki nasazlıq səbəbilə qəzaya uğrayıb. Hazırda yalnız bir ekipaj üzvü xilas edilib, digərlərinin taleyi isə naməlum olaraq qalır.
Qəzanın baş verdiyi ərazidə hava şəraiti xilasetmə işlərinə ciddi şəkildə mane olur. Meteoroloji xidmətlər bölgədə şiddətli yağış, şimşək, güclü külək və iri dalğaların gözlənildiyini bildirərək təhlükə barədə xəbərdarlıq ediblər.
Axtarış-xilasetmə əməliyyatları davam edir.