Milli Mətbuatın 150 illik yubileyi ilə bağlı yazı Hindistan mediasında

Tanınmış jurnalist Cavid Şahverdiyevin Milli Mətbuatın 150 illik yubileyi ilə bağlı yazısı Hindistanın nüfuzlu
Muslimmirror.com xəbər portalında dərc olunub.

Yazıda müəllif Azərbaycanın dünyada söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşıldığı dövlətlərdən olduğunu vurğulayıb.

O, qeyd edib ki, 1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşüb. 150 il keçdikdən sonra Azərbaycan mətbuatının inkişaf trayektoriyanı görmək mümkündür. Yarandığı gündən keçən 150 il ərzində Azərbaycan mətbuatı öz ənələrinə sadiqlik nümayiş etdirdi.
Milli mətbuatımız Zərdabi ənənələrinə söykənərək hər dövrün tələblərini uğurla yerinə yetirməklə müasir inkişaf səviyyəsinə gəlib çatıb.

Yazıda Azərbaycanda zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatının ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiya və siyasi plüralizmin mühüm vasitəsi kimi çıxış etdiyi qeyd olunub.

Müstəqil Azərbaycanda söz və fikir azadlığının, demokratik prinsiplərə əsaslanan mətbuatın formalaşmasında ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən C.Şahverdiyev məhz onun təşəbbüsü ilə müstəqillik tariximizin ən mühüm hadisələrindən olan Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının, o cümlədən fikir və söz azadlığının, məlumat azadlığının reallaşdırılması üçün əsaslı zəmin yarandığı, senzuranın qadağan edildiyini vurğulayıb.

Yazıda ölkəmizdə söz, mətbuat azadlığının təminatçısı olan Prezident İlham Əliyevin media sahəsinin inkişafına göstərdiyi xüsusi diqqət və qayğısından da bəhs edilib...

Yazının tam mətni aşağıdakı linkdə:
https://muslimmirror.com/150-years-of-the-azerbaijani-press/

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər