star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Həmin gecə Hindistan bizə yalvarırdı - Şahbaz Şərif

Biz müharibədə qalib gəldik, lakin sülh istəyirik.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanla atəşkəslə nəticələnən hərbi qarşıdurma barədə danışarkən deyib.

Hindistana qarşı əməliyyatın uğurunu qeyd edən baş nazir sülhün tərəfdarı olduğunu vurğulayıb:

"Düşmənimizə dərs verdik, lakin təcavüzü pisləyirik. Bu regionun da digər bölgələlər kimi firavan və mütərəqqi olmasını istəyirik. Bu, ancaq gərgin əmək, yorulmaz səy və sülhsevər qonşular kimi yaşamaqla mümkün ola bilər".

Şahbaz Şərif Kəşmir məsələsinin həllinin bölgədə davamlı sülh üçün vacib olduğunu vurğulayıb:

"Biz üç müharibə apardıq, lakin heç nə qazana bilmədik. İndi Pakistan və qonşuları bir araya gələrək, sülhsevər qonşular kimi hərəkət etməli və illərdir davam edən problemləri aradan qaldırlamlıdır".

Baş nazir Hindistan “qırmızı xətt”i keçdiyini, Pakistanın beynəlxalq araşdırma təklifini rədd etdiyini vurğulayıb. O, vurğulayıb ki, buna görə də mayın 9-dan 10-na keçən gecə komandanları ilə danışıqlarda qarşı tərəfə “lazımi cavab” vermək barədə qərar qəbul ediblər.

Şərif bildirib ki, həmin gecə yerli vaxtla saat 02:30 radələrində Baş Qərargah rəisi ona Hindistanın Pakistana ballistik raket hücumu təşkil etdiyini bildirib: “Mənə dedi ki, cənab Baş nazir, düşmənə elə cavab verək ki, onlar bunu heç vaxt unutmasınlar”.

Baş nazir Pakistanın həmin gecə qisas aldığını və sonra cəbhənin o biri tərəfindən atəşkəs çağırışı gəldiyini deyib:

“Baş Qərargah rəisi mənə “layiqli cavab verdik, indi atəşkəs üçün yalvarırlar” dedi. Cavab verdim ki, düşmənin başını ağrıdan və onları atəşkəsi qəbul etməyə məcbur edən zərbədən böyük nə ola bilər? Təklifi qəbul edin”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər