COVID-19-un yeni dalğası Asiyada sürətlə yayılır

Honkonq və Sinqapur səhiyyə orqanları Asiyada yeni xəstəlik dalğasının yayılması fonunda COVID-19 yoluxma hallarının kəskin artması barədə xəbərdarlıq ediblər.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Şəhərin Səhiyyə Mühafizəsi Mərkəzinin yoluxucu xəstəliklər şöbəsinin rəhbəri Albert Au bu həftə bildirib ki, hazırda Honkonqda virusun aktivliyi kifayət qədər yüksəkdir. Təsdiqlənmiş yoluxma hallarının sayı il ərzində ən yüksək həddə çatıb, ağır halların sayı da artıb.

Agentlik vurğulayıb ki, xəstəliyin artması hələ son iki ildə müşahidə olunan yoluxma zirvələrinə çatmasa da, COVID ilə əlaqəli tibbi məsləhətləşmələrin və xəstəxanaya yerləşdirmələrin sayı virusun aktiv şəkildə yayıldığını göstərir.

Sinqapur Səhiyyə Nazirliyi xəstəlik hallarının artmasını əhalinin immunitetinin zəifləməsi ilə əlaqələndirib. Onlar qeyd ediblər ki, dövriyyədə olan variantların pandemiya dövründəkindən daha yoluxucu olduğuna və ya daha ağır hallara səbəb olduğuna dair heç bir əlamət yoxdur. ("Report"

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər