Hər iki ayağını itirmiş qazimiz Everestə qalxacaq

Azərbaycan paralimpiyaçısı Polad Rzayev Everest zirvəsini fəth etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, hər iki ayağını itirmiş qazimiz bu barədə "Anadolu" agentliyinə açıqlama verib.

"Bir layihəmiz var, Everest. Mən dünyaya həyatla mübarizə yolları haqqında danışmaq və göstərmək istəyirəm ki, insanlar mübarizə apardıqca həmişə həyatın müəyyən bir nöqtəsinə çatırlar. "Everestə dırmaşmaq və oradan dünyaya salam demək.

Everest zirvəsinə qalxaraq, "Dünya hamıya bəsdir, sülh içində yaşayaq. Dünya heç kimə qalmaz. Özünüzü, ətrafınızdakı insanları və təbiəti sevin və sülh içində yaşayın" deyə mesaj vermək istəyirəm", - deyə Rzayev bildirib.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) ehtiyatda olan zabiti Polad Rzayev Vətən müharibəsinin iştirakçısıdır. P.Rzayev “Azərbaycan bayrağı”, “Şücaətə görə” ordenlərinə, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.







Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər